top of page

Yeni ili İspaniyada qeyd etdim.🥰 İspaniyada necə qeyd edilir?

  • Writer: Aysu Rustamova
    Aysu Rustamova
  • Dec 31, 2021
  • 2 min read

Əvvala sizə ümumi məlumat verim)

İspaniyada Navidad və yeni il🥰

24 dekabr gözəl bir axşam yeməyi hazırlanır və birlikdə şam edilir😊

25 dekabr günorta bir araya gəlib, birlikdə nahar edirlər.

31 dekabr saat tam 12 olanda) (12 üzümün yeyildiyi gündür) bu gün birlikdə ənənəvi yeni il şam yeməyi yeyilir.

1 yanvar İspaniyada açıq heç nə tapmaq olmur)) Günorta yenidən birlikdə nahar edilir.

Ümumiyyətlə, adətən, nənə və baba ilə və ya digər qohumlarla birlikdə qeyd edirlər. Gənclər gecə yarısı evdən çıxıb bara gedirlər, amma "Covid"lə əlaqədar son 2 ildir alınmır.

6 yanvar yenidən birlikdə nahar edilir ..bu qəşəng bir "Paella" ola bilər 😍

İspanlar rəsmi olaraq çox az gün, yani 25 dekabr və 1, 6 yanvar işləmirlər. Məktəblər 2 həftə tətildə olur. Bəzi iş yerləri özəl olaraq tətil təyin edə bilirlər.


Mən 2020 - ci ilin gəlişini qeyd etmək üçün 25 dekabr İspaniyaya yollandım. Romadan yollandığım üçün Barselona küçələrinin bəzədilməsi nisbətən mənə zəif gəldi. Valensiya şəhəri daha çox bəzədilmişdi.

Şəhərin sahilyanı ərazisində və kilsənin yanında yeni il yarmarkaları qurulmuşdu. Ən çox isti şokalad, waffle və "churros" ( ispan milli şirniyyatı )satılırdı. Kataloniya meydanında akustik səslərlə səni fərqli yerlərə səyahət etdirirdilər. Ən çox xoşuma gələn şəhər əyləncəsi bu idi.


31 dekabr günü 20:00 - da dostumun ailəsinin evinə yollandım. İlk öncə gördüyüm dizayn və ailənin evi bəzəməsi məni çox təəccübləndirdi. Möhtəşəm idi. Şəkillərdə görə bilərsiniz.




Biraz oturub söhbət etdikdən sonra boşqablar düzüldü və 22:00 - da axşam yeməyinə başladıq. Yeməkləri bizim əksimizə tək- tək əvvəlki yeməyi bitirəndən sonra gətirirdilər. Şam bitəndən sonra süfrəyə milli ispan şirniyyatlarının tacı olan "turrón" çeşidləri qoyulur. Elə qayıdanda da ailəmə hədiyyə kimi "turrón" almışdım.

Televiziya açıq idi və eyni anda" Montjuic"də gedən yeni il tədbirini izləyir və aparıcıların son saniyələri saymağını gözləyirdik. Son saniyələr də dostumun anasının bölüşdürdüyü 12 üzüm olan qabları götürdük. 12 dilək tutaraq aparıcı saniyələri təkrarladıqca yedik) hər saniyə 1 üzüm) çətin görünsə belə mən 6-cı saniyədə hamsını bitirmişdim)))



Sonra şampan açıldı hamı bir birini öpərək yeni ilini təbrik etdi.☺️

Sonra hamımız yenidən süfrəyə keçib şirniyyat yedik ( çox ailələr bu vaxt spirtli içki içilir) və dostumla ailəsinin çıxması üçün icazə vermələrini gözlədik.



01:00 da çıxdıq. Maşını park etmək üçün mərkəzdə yer tapmağın imkansız olacağını düşünərək uzaqda saxladıq. Həmişə isti bildiyim Barselonada ilk dəfə soyuğu hiss etdim. Barselona küçələri sayısız gənclə dolu idi. Olsun oğurlama hadisələri də çox olmuşdu çünki polis məntəqələrinin qabağı belə dolu idi. Məşhur "La Rambla" küçəsində bir bara daxil olduq. Giriş qiymətləri 25€ ilə 100€ arasında dəyişirdi. Bizim seçdiyimiz barda sadəcə 2 bakal pivə daxil idi.


Çox yorğun olduğumuz üçün düzü )) çox rəqs etmədən evə qayıtdıq. Gecə saat 5 idi və küçədə addım atmağa yer yox idi. 1 yanvar günorta yeməyi üçün bu dəfə dostumun nənəsi gilin evinə yollandım. Və ənənəyə əsasən birlikdə nahar etdik. Dostumun nənəsi qəşəng bir Paella hazırlamışdı )))) yanında isə ağ şərab içdik.



1 yanvar küçələr çox sıxıcı idi .çünki heç bir yer açıq deyildi. İspanlar sadəcə yatırlar bu gün)))

6 yanvardan etibarən mağazalarda həqiqi endirimlər başlayır) bu günə qədər endirim yazıları görsəniz belə inanmayın)

Belə)) yenə İspaniyaya yeni il qeyd etmək üçün qayıdarammı bilmirəm..

Belə)

Ümüd edirəm xoşunuza gəldi🥰☺️

Comments


bottom of page