top of page

"Tortilla de Patatas"ın hazırlanması

  • Writer: Centro de Español Bakú
    Centro de Español Bakú
  • Jun 25, 2020
  • 2 min read

Updated: Aug 31, 2020



İspaniyanın ən məşhur milli yeməklərindən olan "Tortilla de patatas"-ı hazırlamağı öyrənək? Adının mənası Torta redonda ( dairəvi keks) formasından gəlir. Əgər axtarsaq  yüzlərlə fərqli hazırlanma forması ilə qarşılaşarıq amma biz sizinlə "Tortilla"nın ənənəvi hazırlanma üsulunu paylaşacağıq.  İspaniyanın şimalında donuz əti , Galisiyda dəniz məhsulları cənubda isə fərqli tərəvəzlər əlavə edirlər. Demək olar bütün restoranlarda hazırlanır amma bəzilərində "tapas"( atışdırmalıq) kimi ,bəzilərində isə çörək arası kimi hazırlanır . 16 cı əsrdən əvvəl sadə və əsl tortilla sadəcə zədəganlar üçün olan bir yemək idi, çünki kasıb əhali görünüşünə fikir vermədən evdə olan qida artıqlarından belə tortilya hazırlaya bilirdilər. Hazırlanma və bişirilmə müddəti: 40 dəqiqə  4 nəfər üçün lazım olan inqredientlər:



Kartof- 1 kiloqram  Soğan - 1 ədəd böyük  Yumurta - 5 ədəd Yeni zeytun yağı  - qızartmaq üçün  Duz - zövqə görə  Hazırlanma qaydası: 1. Əvvəlcə soğanı soyub doğrayırıq. Doğranma qaydası zövqə görə dəyişə bilər. Əgər yeməkdə soğanın görünməməsini istəyirsinizsə daha balaca hissələrə ayırmalısınız. 2. Soğanı doğradıqdan sonra az  zeytun  yağı ilə tavada qovururuq. Soğanı bişirdimiyiz müddətcə kartofları soyuq, yuyur və nazik doğrayırıq. Bir çimdik duz edirik. 



3. Bir tavada bol yağı isidirik. Uyğun temperatura çatanda kartofu  yağa atırıq. Kartofu yumşaq olana qədər amma qızarmadan bişiririk.



4. Soğan artıq bişəndə onu tavadan böyük bir qaba boşaldırıq. Eyni ilə kartofu da yağ süzgəcindən qaba boşaldırıq ki əlavə yağı qalmasın. Bunu etdikdən sonra kartofu soğanla eyni qaba əlavə edirik.



5. Başqa bir qabda  yumurtaları yaxşıca  çırpırıq. Bir az duzla Qarışdırdıqdan sonra kartof və soğan olan qabımıza əlavə edirik. Əgər istəsək buhissədə biraz daha düz əlavə edə bilərik. Bəzən yumurtaya bir neçə damla süd əlavə olunur. 6. Biraz zeytun yağını yapışmayan diametri təqribən 24 sm olan tavada qızdırırıq. Qabda olan qarışımı tavaya tökürük. Orta atəşdə bir neçə dəqiqə bişiririk.



7. Tavadan böyük bir Boşqabın köməyi ilə tortillanı əks çeviririk və bir neçə dəqiqə daha digərtərəfini bişiririk. Hər iki tərəfi qızarmış görünəndə demək ki artıq servisə hazırdı. Adətən hər iki tərəfinə   5 dəqiqə ümümi 10 dəqiqə bəs edir.



Tortilla üçün məsləhət və qeydlər:   Tortilla qaldıqca dadlanan yeməklərdəndir. Buna görə də hazırlandıqdan bir neçə gün sonra belə bu ləzzətli yeməkdən zövq ala bilərsiniz.  Əgər digər günə saxlayırsınızsa mütləq soyuducuya qoymaq və üzü qurumasın deyə üstünü bağlamaq lazımdır. Kartofu qızartmadan bişirməyi yaxşı bacarmayanlar  mikro dalğalı sobada bişirə və ya qaynada bilərlər.


Comments


bottom of page