İsti yay günlərinin əvəz edilməz içkisi "Sangría". Könül istərdi ki, bu gözəl içkini Madridin küçələrində gəzişərkən və ya Sevilyada bir restorandan açılan gözəl "Torre də oro" mənzərəsini izləyərək dadaq. Amma ən azından özümüz hazırlaya və İspaniyada hiss edə bilərik. Xüsusi ile yay aylarında hər yer sanqria qoxur. Hər zövqə uyğunlaşdırılabilən bir resepti olduğu üçün internetdə yüzlərlə fərqli hazırlanma qaydası tapa bilərsiniz. Amma həmişə olduğu kimi biz sizinlə ənənəvi ispan ev üsulu "Sangría" hazırlayacıq.
Lazimi inqredientlər:
750 ml qırmızı şərab 1 alma
2 şaftalı 2 stəkan yeni sıxılmış portağal şirəsi 1 xörək qaşığı limon suyu Darçın ( zövqə görə) Bir yarı dilimlənmiş portağal Mineral su və ya limonlu qazlı içki
Hazırlanma qaydaları:
1) Əvvəlcə sadə bir şərbət hazırlayacayıq. Hazırlamaq üçün 2 xörək qaşığı qaynar su ilə şəkər tozunu tamam həll olunana qədər yaxşıca qarışdırırıq.
2) Alma və şaftalını balaca kub formasında doğrayır və yarı portağalımızı dilimləyirik.
3)Şərabı boş bir qrafinə boşaldırıq üzərinə portağal şirəsini, alma, şaftalı, portağal, darçını və şərbətimizi əlavə edırik.
4) Yaxşıca qarışdırırıq və dadların bir birinə hopması üçün 2 saat soyuducudan kənarda qoyuruq. Əgər servis etməzdən çox əvvəl (3-5 saat əvvəl) hazırlamaq istəyirsinizsə onda portağalı əlavə etməzdən əvvəl qabığını və ağ hissəsini yaxşıca soymaq lazımdır ki, sanqrianın dadı acılaşmasın. Və ən əsası 2 saatdan çox qalıbsa hazırlayan kim soyuducuya qoymaq lazımdı.
Buz əlavə edərək servis edirik.
Əgər istəsəniz servis edərkən Limonlu və ya portoğallı qazlı su ( Fanat,Sprite) əlavə edə bilərsiniz ki, bu onu daha dadlı və yüngül edir .
Comments