top of page
Writer's pictureTürkay Rahimli

Río Tinto



Bu gün bütün İber yarımadasının ən maraqlı çaylarından biri olan Tinto çayı haqqında danışmaq istərdim . ▪️Huelva əyalətində yerləşir və 100 km uzunluqdadır. ▪️Bu çayın mənbəyi Sierra de Huelvadan başlayır. Xüsusilə, Nerva bələdiyyəsində yerləşən Sierra de Padre Caro'da yerləşir ▪️Huelva şəhərinin sərhədində yerləşən Cadiz körfəzində isə sona çatır. Sularının öz təbii rənglənməsinə görə bu adı alıb. Qeyri-adi rəngi onu dünyanın ən yaxşı bilinən çayları arasına daxil edir. ▪️Onun rəngi çay yatağı boyunca yerləşən dəmir və mis yataqları ilə əlaqədardır.



▪️Planetdə bənzərsiz bir ekosistemə malik olan bu çayda yalnız bakteriya, göbələk və bəzi endemik yosunları tapa bilərik. ▪️5 min ildirki bu çayda mis , gümüş, qızıl və digər qiymətli metallar çıxarılır. ▪️Bu çayın öyrənilməsində xüsusi maraq göstərən orqanizmlərdən biri də NASA olmuşdur. Bəzi araşdırmalardan alınan məlumatlara görə, Marsda maye su tapılarsa, Tinto çayına bənzər bəzi mühitlər mövcud ola bilər.




66 views0 comments

Comentários


bottom of page