"Netflix"də ispan dilində izləyə biləcəyiniz 10 əyləncəli film.
- Aysu Rustamova
- Jul 23, 2021
- 2 min read
1) "Dime cuando tú" - Mənə o vaxt de ki..

Uşaq yaşlarında ailəsini itirən sakit təbiətli,çalışqan və həyatında işdən başqa heç nə olmayan gənc birinin başına həyat yolunu özü seçməli olduğunu anlaması üçün nə gələ bilərki? Eşq..
Amma ölən hisslərini oyandıran insan bəs sadəcə onu dost kimi görürsə?
Meksika filmidir.
Qeyd:Meksikada danışılan ispan dili daha akademik olduğu üçün zənnimcə daha sadə başa düşülür.
2) "Te quiero imbécil" - Səni sevirəm, axmaq.

Sevgilin anidən "dost olaraq dəvam edək" desə və sonra heç bir münasibətdə uğurlu olmasan görəsən nə edərsən? Özünə güvəni itirməyə və kömək almağa başlayardın?, yox? Bəs ən yaxınımızda olan, bizi olduğumuz
kimi qəbul edən dostumuza diqqət edək, bəlkə?
İspaniya filmidir.
3) "Salir del ropero" - Dolabdan çıxmaq.

Çox nüfuzlu ailənin övladı ilə məntiq evliliyi etmək istərkən, anidən sadəcə həqiqi sevgi ilə xoşbəxt olacağını anlayır. O anidən nənəsinin uzun illər dostluq etdiyi başqa xanımla evlənmək istədiyi xəbərini alır.
İspaniya filmidir.
Gözəl mənzərələ hazır olun)
4) "La boda de la abuela" - Nənənin toyu.

Görəsən 70 yaşlarında nənən orta yaşlı biri evlənmək qərarı alsa reaksiyan nə olardı? Son illərini xoşbəxt keçirməsini istəmək yoxsa mirasının bölünəcəyi dərdinə düşmək?) Gülərək baxacağınız sadəcə əyləncə məqsədli bir filmdir.
Meksika filmidir.
5) "El testamento de la abuela" - Nənənin vəsiyyətnaməsi.

Nənə artıq ölümünə az qaldığını hiss edir və hələ də yaşadığı evin kimə qalacağını bilmir. Ev üstündə davalar, gülməli səhnələr... Söhbət yuxarıdaki nənədən gedir) Baxdığım üçün peşman olmadığım amma yenidən baxmaq istəmədiyim 2 film)
Meksika filmidir.
6) "Ahí te encargo" - Sənə tapşırıram.

Artıq neçə ildir evlisən, ata olmaq istəyirsən amma sənin həyat yoldaşın sadəcə karyerasını düşünür. Bu anda başqasının sənə tapşırdığı uşağı övladlığa götürərsən?
Filmi bitirsəm belə çox maraqlı gəlməmişdi.
Meksika filmidir.
7) "Como caido del cielo" - Səmadan düşmüş kimi.

Yaşadığınız həyatı sevdirəcək maraqlı,əyləncəli və məna dolu bir film. Görəsən neçə illər sonra dünyaya yenidən qayıtsa idik özümüzü tarix səhifələrində necə görmək istərdik? Kainat ona səhvlərini bağışlatmaq üçün başqa bir insanın bədənində canlandırır.
Meksika filmidir.
8) "Feo pero sabroso" - Çirkin, amma ləzzətli.

Kolombiya danışılan ispan dilinə marağı olanlar üçün yaxşı bir film ola bilər. Tipik komediyadır.
9) "SúperLopez" - Super güclü Lopez.

Yenidən baxa biləcəyim gülməli və fantastik bir filmdir. Ən sevdiyim ispan aktyorlarından birinin baş rolu oynaması filmi mənə daha çox sevdirib. İspaniyadan "Superman" çıxsaydı necə olardı?)))
10) "Solteras" - Subay xanımlar.

Çox maraqlı sonluğu olan bu filmi xüsusi ilə xanımlara çox məsləhət görərdim))Daimi olaraq həyatımızda niyə bir həyat yoldaşı axtarırıq ki?)
Həmişə bizi anlayan,romantik insan axtararkən psixoloji problemi olanlarla rastlaşmırıqmı?))))
Meksika filmidir.
Comentários