"Netflix"də ispan dilində izləyə biləcəyiniz 10 maraqlı serial.
- Aysu Rustamova
- Apr 23, 2021
- 3 min read
1)"El desorden que dejas" -buraxdığın dağınıqlıq.

İspanlar özlərinə xas serialları ilə demək olar ki, həmişə izləyicilərin diqqətini çəkməyi bacarırlar.
Yenicə özünə qəsd etmiş bir müəllimin yerinə təyin olunan gənc qadın qəsəbədə və tələbələr arasında qəribəliklər hiss edir, müəllimin ölümünün cinayət olduğunu düşünərək araşdırmağa başlayır amma başına gələcək təhlükələrdən xəbərsizdir.
Serial bir sezon - hər biri 45 dəqiqə olmaqla 8 bölümdən ibarətdir.
Ümumi az vaxt aldığı üçün tam baxıb bitirmişəm.
2)"Vivir sin permiso" - İcazəsiz yaşamaq.

Nemo adlı Qalisiyalı məşhur bir iş adamı...dəqiq desək, illərdir bütün Qalisya xalqını balıq saneyəsi ilə məşğul olduğuna inandıran böyük narkotik satıcısı..Nemo üçün ən böyük əzab nə ola bilər sizcə? Serialın ilk bölümündə Nemoya Altsheymer xəstəliyi diaqnozu qoyulur və bütün hekayə başlayır.. Nemonun hekayəsi isə bitir.. Nemo nələr üçün peşmandır? Onun bəlkə də tək peşmançılığı gənclik sevgisi, həyatının tək qadınını və ondan olan qızını itirməsidir.
Serial 2 sezon ümumi hər biri 1 saat 15 dəqiqə olmaqla 23 bölümdən ibarətdir.
İlk sezon maraqlı olduğu üçün tam bitirdim,ikinci sezonun sadəcə son bölümünə baxdım.
3)"Alta mar" - Neytral sular.
Kruiz səfərləri həmişə kiməsə maraqlı olub.. Bəs 1940- cı ildə bir kruiz səfərini görmək istərdiz?

Keçmiş zamanlarda olan kruiz səfərlərinin , gəmilərin daxilinin möhtəşəm təsvirini görə biləcəyiniz, balaca beyin oyunlarına əsəbləşəcəyiniz bir serial. Fantastik görünməsinə baxmayaraq ssenari tamam fərqli formada inkişaf edir. Tamamilə xoş niyyətli olan 2 bacı üçün artıq peşman olmaq çox gecdir və baş verənləri ələ almaq zamanıdır.
Serial 3 sezon ümumi hər biri 45 dəqiqə olmaqla 22 bölümdən ibarətdir.
Bütün sezonları tam bitirmişəm.
4)"Las chicas del cable" - Kabel qızları.
Cəmiyyətdə artıq son illərdə formalaşmağa başlayan qadın gücü, qadının önəmli rolu , qadının siyasətdə uğuru kimi fikirlər asanlıqla yaranmayıb. Bəlkə bunu təsdiqləmək üçün 1928-ci il Madridin işçi qadınlarının həyatına yollanaq?).

Serialın qəhrəmanı sadəcə 4 operator qadın deyil, bu gün qadının cəmiyyətdə əks cins qədər rolu olmasında öz canları bahasına da olsa vuruşan bütün tarixin qadınlarıdır.
Serial 5 sezon, hər biri 1 saat olmaqla 34 bölümdən ibarətdir.
3 sezon baxdıqdan sonra son bölümə baxmışam)
5)Velvet - Velvet

Yenə Madridə yollanırıq həm də tam 1950-ci illərə.. İndi Madridə getsəz Tam mərkəzində 4 mərtəbəli məşhur mağaza "Primark"ı görəcəksiniz. Bu mağazanı tanıyanlar) Velvet markasının da tarixi binasını bilmiş olacaqlar. Moda sevənlər və onun tarixi ilə maraqlananlar üçün ideal serial ola bilər. Romantik bir film olduğunu da bildirmədən keçməyim.
4 sezon hər biri 1 saat 15 dəqiqə plmaqla 55 bölüm və bir final bölümdən ibarətdir.
2 sezon baxdıqdan sonra finala baxdım))
6)"¿Quién mató a Sara? - Saranı kim öldürdü?

Meksikanlar bəzi əlavə dialekt söz istifadə edirlər və dillərində "Vosotros" (siz) şəxsin istifadə etmirlər, amma buna baxmayaraq ispanlardan daha anlaşıqlı, akademik və qrammatik danışırlar. Ona görə də, maraqlı Meksikan filmi və ya serialı tapanda ispan dilini praktika üçün möhtəşəm vasitə ola bilər.
18 yaşınızda paraşüt qəzasında bacınızı itirsəz və suçunuz olmadığı halda aldadılaraq 18 il həbs cəzası ilə məhkum olunsaz necə olardı? Bu tipli mövzuları bir çox məşhur filmlərdə görmüşük artıq. Təbii baş rol intiqam üçün qayıdacaq. Amma, onun tapdığı şeylər bütün Meksikanı silkələyəcək.. yaxud sadəcə Meksikanın qaranlıq üzünü izləyicilərinə göstərəcək. Qadın cinayətlərinin, xüsusi ilə 18 yaşından aşağı qız uşaqlarına cinayətlərin çoxluğu ilə diqqət çəkən Meksikada nələr baş verir?..
Serialın 1-ci sezonuna baxa bilərsiniz. ( 2-ci 19 may 2021) Hər biri 40 dəqiqə olmaqla 10 bölümdən ibarətdir.
İlk sezonu tam bitirmişəm.
7)"Deseo Oscuro" - Qaranlıq arzu.

Həyat yoldaşı Meksikanın məşhur hakimi, özü qadın hüquqları üzrə professor olan 40 yaşlı və 18 yaşında qız anası Almanı 25 yaşlı bir oğlanla qaranlıq arzusu olmağa nə məcbur edə bilərdi ? Bəlkə də bir birimizə hər şeydə səmimi olsaydıq həyatımız daha sadə və problemsiz olardı deyilmi?.. çünki yalan heç vaxt gizli qalmır. Alma 30 illik dostu Brendanın özünə qəsdindən sonra onun haqqında öyrənəcəyi şeylərdən sonra necə hiss edəcək? Bəs sevgilisinin öz anasına aşiq olduğunu öyrənən Zeo necə davranacaq. Ehtiras ,gərginlik, ekzotika dolu detektiv bir serial.
Sadəcə birinci sezon yayımlanıb və hər biri 32 dəqiqə olmaqla 18 bölümdən ibarətdir.
Sezonu tam baxıb bitirmişəm.
8)"Valeria" - Valeriya.

Tipik mövzu, sıxıcı ssenari ,amma, necə olursa izləyiciləri bütün bölümlərini bitirir.))Gündəlik mövzular çox danışıldığı üşün praktika üçün çox yaxşı ola bilər. Valeriya yazmağı sevir,amma həyat yoldaşı işsiz olduğu üçün işləməyə məcburdur. 5 illik sevgilisinin ona dəstək olmadığını görəndə dəstəyi harada axtaracaq Valeriya?..düşünürəm hər kəsə məlumdur artıq mövzu.
1 sezon hər biri 40 dəqiqə olmaqla 8 bölümdən ibarətdir.
Serialı tam bitirmişəm))
9)"La casa de flores" - Güllərdən ev.

Deyirlər ki, əgər dünyanın bütün ölkələrini gəzib bütün mədəniyyətləri tanıya bilmirsənsə sadəcə Meksikaya gəlməyin kifayət edəcək..burada dünyanın bütün adət-ənənələri mədəniyyəti incəsənəti bütün xarakter tipləri toplanıb sanki.. Bu film bizə Meksikanı daha canlı rəngləri ilə göstərəcək. Böyük bir ailənin nəzdində gündəlik məsələləri ispanca eşidə biləcəyiniz üçün maraqlıdır. Baş rol Paulina bir xəstəliyi olduğu üçün o həmişə yavaş danışır )) bu isə ispanca yaxşı başa düşməyənləri sevindirəcək. ))
3 sezon hər biri 30 dəqiqə olmaqla 33 bölümdən ibarətdir.
Sadəcə ilk sezonu bitirmişəm.
10)"La catedral del mar" - Dəniz kafedralı.

Tarixi mövzuları sevənlər üçün çox məsləhət görülən bir serialdır. XIV əsrdən bəhs edir. Təəsüf ki, ilk səhnələri ağır olduğundan baxa bilmədiyim üçün bitirə bilməmişəm..buna görə də ətraflı yaza bilməyəcəm)))
1 sezon hər biri 55 dəqiqə olmaqla 8 bölümdən ibarətdir.
Aysu Rustam
Comentários