top of page
Writer's pictureTürkay Rahimli

İspaniyadakı 5 dil




Bildiyimiz kimi, İspaniyada əsas dil ispan dilidir, yəni “castellano” (kasteyyano). Ümumiyyətlə, ispan d


illi ölkələrdə ispanca danışıram demək istəsəniz, “Hablo castellano” deməlisiniz. Bəs bundan əlavə İspaniyada rəsmi olaraq daha 5 dildə danışıldığını bilirdiniz? Bunlar “catalán” (katalan), “euskera” (euskera), “gallego” (qayyeqo), “valenciano” (valensiano) , “aranés” (aranes)dir.




İspaniyada 1492-ci ildən bəri “castellano” rəsmi dildir. Bu dil Cantabriada (Kantabriya) yaranmışdır. Dildəki sözlərin bir çoxu (təxmini 3000-4000-i) ərəb mənşəlidir. Yalnız bununla bərabər bəzi regionların özünəməxsus dilləri də var. Son statistikalara görə, hal-hazırda dünya üzrə “castellano” dilində 580 milyondan çox insan danışır.


“Catalán” (katalan) dili Cataluña (Katalunya) da

danışılır. Həmçinin Valensiya, Balear adalarında, hətta Andorra, İtaliyanın və Fransanın cənubundakı bəzi kəndlərdə də bu dilə rast gəlinir. Bu dildə 7 milyona yaxın adam danışır. Yaranma tarixi isə VIII və X əsrlərə təsadüf edir. Katalan dili də həmçinin roman dil qrupuna aiddir.



“Euskera” (euskera) isə şimalda – “País Vasco”da (Pais Vasko) danışılır. Euskera dillər arasında ən az sayda olanlardandır. Bu dildə cəmi 700.000 adam danışır.



Çox qədim olduğu üçün, bu dilin mənbəyi bilinmir. Digər avropa dilləri ilə bənzərliyi yoxdur, həmçinin, bilinən heç bir dilə də oxşamır. Yəqin ki bu dünyanın ən sirr dolu dillərindən biridir. Buna görə də bu dilin yaranması ilə bağlı müxtəlif fikirlər var. Məsələn, baskların Pireney yarımadasının yerli əhaləsi olduğunu düşünürlər, hətta bəziləri bu dilin qafqaz mənşəli olduğu qənaətindədir. Hər bir halda bunların heç biri sübuta yetirilməyib.

“Gallego” (qayyeqo) İspaniyanın 6.2%-nin danışdığı dildir. Portuqal dili ilə həm qrammatik, həm lüğət cəhətdən, həmçinin eyni kökdən gəldiyi üçün çox oxşardırlar, hər iki dildə də yalnız tələffüz fərqli inkişaf edib.




1981-ci ildə Galisiyanın rəsmi dili kimi elan olunub.



“Valenciano” (valensiano) Valensia icmasının 50%-inin danışdığı, 95%-nin isə anladığı dildir. Bu dilin az hissəsi latın mənşəlidir, əsasən köçkün xristianların yenidən işğal zamanı gətirdiyi fərqli roman dillərindən yaranmışdır. Xüsusən Mozarab dilindən.



“Aranés” (aranes) dili isə katalan dilinə çox bənzəyir. İspaniyada 3000 insan bu dili danışır. Eyni katalan dili kimi bu dil də Katalunya, Fransanın cənubu, Monako və İtaliyanın bəzi hissələrində danışılır. 2010-cu ildə Katalunyanın parlamenti bu dili “castellano” və “catalán” kimi rəsmi olaraq tanımağa qərar verir.

Bunlarla yanaşı İspaniyada danışılan daha 14 dialekt mövcuddur. Bunlardan bəziləri “aragonés” (araqones), “leonés” (leones), “benasqués” (benaskes) və s.


İspaniyanın hər regionu fərqli bir mədəniyyətdir. Kəşf etdikcə yeni şeylər öyrənmə imkanınız olur. Hər yerin özünəməxsus xüsusiyyətləri var. Buna görə də fərqli mədəniyyətlərlə maraqlanırsınızsa, İspaniya ən gözəl seçim ola bilər.

191 views0 comments

Comments


bottom of page