top of page

İspaniya tramvayları

  • Albert Espinal Valverde
  • Sep 2, 2020
  • 2 min read

İspaniyada ilk tramvay 1859-cu ildə Havanada, Kuba koloniyasında istifadəyə verilmişdir. Tramvay atlar tərəfindən çəkilərək hərəkətə gətirilirdi. Madrid, Barselona, Bilbao, Valensiya və Santander tramvaylarının açıldığı vaxtda, Avropa İspaniyasına 1870-ci illərə qədər tramvay gəlmədi. Buxarlı tramvayların ilk dəfə istifadə olunduğu şəhər Barselona, elektrik tramvaylarının ilk dəfə istifadə olunduğu şəhər isə Bilbaodur.

1960 və 1970-ci illərə qədər İspaniyanın böyük şəhərlərinin bir çoxunda tramvay var idi. Avtomobillərin sayının artması ilə tramvaylar nəqliyyatda yavaşladıcı amil olaraq görüldü və 1975-ci ildə Saraqozada sonuncu tramvay fəaliyyətini dayandırdı.

Sadəcə turizm məqsədli 2 qısa tramvay xətti fəaliyyətinə davam edirdi:

1. Barselonada 1,2 km. uzunluğunda marşrutu olan “Mavi tramvay” 1901-ci ildə istifadəyə verilib. Bu xətt 2018-ci ildə guya müvəqqəti olaraq bağlandı, ancaq açılış tarixi bilinmir.

2. Mayorka adasında uzunluğu 4,6 km olan “Soller tramvayı” 1913-cü ildə istifadəyə verilib.

1990-2000-ci illərdə şəhərlərin böyüməsi və müasirləşməsi səbəbilə bir çox yerli idarəetmə orqanları (bələdiyyələr) elektrik tramvaylarının yenidən istifadəsinə qərar verdi. Bu tədbirlə ictimai nəqliyyatdan istifadəni artırmaq və avtomobillərin intensiv istifadəsi nəticəsində yaranan çirklənməni azaltmaq gözlənilirdi. Madrid və Barselona kimi bəzi şəhərlər, tramvayları yalnız şəhərlərin periferik bölgələrində yenidən istifadəyə açmaq qərarına gəldilər: yeni qurulmuş və yenilənən ərazilərdə.Digər hallarda, məsələn Sevilya və ya Vitoriyada, tramvayın şəhər mərkəzinə qədər uzadılması qərara alındı.

Yerli hökumətlər tərəfindən həmişə “tramvay” sözü istifadə edilmir:Madriddə "yüngül dəmir yolu" adı istifadə olunur; Sevilyada “mərkəzi metro”; Qranadada "metropolitan"; Barselona və Alikantedə "tram".

Aşağıda, hazırda İspaniyada istifadə olunan tramvay növlərini təqdim edirik:

1. Valensiya tramvayı. İspaniyadakı ilk müasir tramvay yolu idi. 1994-cü ildə istifadəyə verilib.



2. Alikante tramvayı. 1999-cu ildə istifadəyə verilib.



3. Barselona tramvayı. 2004-cü ildə istifadəyə açılıb.



4. Madrid tramvayı. 2007-ci ildə istifadəyə verilib.



5. Sevilya tramvayı. 2007-ci ildə istifadəyə verilib.



6. Santa Kruz de Tenerife tramvayı. 2007-ci ildə istifadəyə verilib.



7. Vitoria Qasteiz tramvayı. 2008-ci ildə istifadəyə verilib.



8. Zaraqoza tramvayı. 2011-ci ildə istifadəyə verilib.



9. Qranada tramvayı. 2017-ci ildə istifadəyə verilib.



10. Soller tramvayı. İspaniyada hələ də işləyən yeganə köhnə tramvay.



Təəssüf ki, İspaniyada müasir tramvayların tarixində bir mənfi cəhət var. 1997-2008 illəri arasında İspaniyaya təsir edən "tikinti atəşi" bir çox şəhərin "yağlı inəklər" dövründə tramvay şəbəkələrini gəlirlilik, faydalılıq, zərurət və iqtisadi xərclər barədə real tədqiqatlar aparmadan layihələndirməsinə səbəb oldu. Bunlarla nəticələndi:

İstifadəyə verilməmiş tikililər. Məsələn: Xaen tramvayı. Bu şəhərdə tramvay 2011-ci ildən bəri tamamlanıb.Tramvay 2 həftə ərzində sınaq məqsədilə istifadə olundu , lakin sonra hüquqi, siyasi və iqtisadi problemlərə görə xidmətə başlamaq mümkün olmadı.

Ləğv edilmiş xidmətlər. Məsələn: Velez-Malaqa tramvayı. Sadəcə 2006-cı ildən 2012-ci ilə qədər fəaliyyət göstərib. Hüquqi, siyasi və iqtisadi problemlər səbəbindən istifadəsi dayandırıldı.

Müddəti bitməyən tikililər. Məsələn: Qranada tramvayı. Onun cəmi 16 km-lik birinci xətti 2007-ci ildən 2017-ci ilə qədər tikilib.

Kəsiri olan xəttlər. Məsələn: Parla tramvayı (Madrid əyaləti). 2007-ci ildə fəaliyyətə başlamışdır. İlk 10 illik xidmətində o, yalnız 130.000 əhalisi olan bir şəhərdə yerli hökumətə 256 milyon avro borc yaratmışdı. Bundan əlavə, bu tramvayın tikintisinə ilkin büdcə ilə müqayisədə 38% daha çox xərc çəkilmişdi. Parla tramvayı Alikante və Madrid tramvaylarına nisbətən 2,5 dəfə az istifadə edilir.



Albert Espinal Valverde


Tərcümə etdi: Ulduz Quliyeva

 
 
 

Yorumlar


Bu gönderiye yorum yapmak artık mümkün değil. Daha fazla bilgi için site sahibiyle iletişime geçin.
bottom of page