İspaniya Azərbaycanlıları ilə suallarınıza cavab.
- Centro de Español Bakú
- Feb 3, 2021
- 3 min read
-

Ad, soyadınız və yaşınız?
- Aygün Əliyeva, 38 yaş
- Neçə müddətdir İspaniyada yaşayırsınız?
- 6 il
- İspaniyaya getməyə necə qərara gəldiniz?
- İş ilə bağlı uzunmüddətli ezamiyyə
- Niyə məhz İspaniya?
- mən seçmədim
- İlk vizanızı necə aldınız?
- Ankaradakı səfirlikdən d tipli viza aldım
- İlk 5 ayda nə kimi çətinliklərlə üzləşdiniz?
- vətənim üçün çox darıxırdım + yeni həyata öyrəşmək asan deyildi.
- Adaptasiya müddəti necə idi? Tez və ya gec?
- məndə 2 il sürdü tam adaptasiya
- Köçdüyünüz şəhər gözləntilərinizi qarşıladımı?
- həddindən çox
- İspaniyanın 5 müsbət tərəfi?
- Yolları əladır, nəqliyyat sistemi superdir, insanları mehribandır, meyvə-tərəvəz ilboyu olur, demək olar ki, bütün xidmətlər elektronlaşıb.
- İspaniyanın 5 mənfi tərəfi?
- bürokratdırlar, tələsmirlər, həddindən çox və uzun-uzadı söhbət etməyi sevirlər, burada da yaxşı həkimi axtarmaq lazımdır, dəmləmə çay heç yerdə yoxdur
- İspaniyada yaşayarkən Azərbaycanda ən çox nə üçün darıxırsınız?
- vətənim üçün darıxıram, hər şey daxil.
- Azərbaycan yoxsa ispan mətbəxi? İspan mətbəxi haqqında fikirləriniz? Ən sevdiyiniz milli yeməkləri?
- Azərbaycan mətbəxi. Ən çox kofelərini sevirəm, hərdən çurros, hərdən də paella
- Gündəlik Azərbaycan yoxsa ispan milli yeməklərinə üstünlük verirsiniz? Hansı Azərbaycan yeməyini orada hazırlamaqda çətinlik çəkirsiniz?
- evdə ancaq öz yeməklərimizi bişirirəm. Çətinlik çəkmirəm, təkcə yarpaq və bəzi göyərtilər yoxdur.
- Milli bayramlarımızı qeyd edirsiniz?( Novruz və s.)
- mütləq
- Azərbaycan xəbərlərini izləyirsiniz?
- ancaq sosial şəbəkələrdən
- Nə vaxtsa təməlli olaraq Azərbaycana qayıtmağı düşünürsünüzmü?
- əlbəttə
- Azərbaycan və İspaniyanın bənzər xüsusiyyətləri?
- meyvələri dadlıdır
- İspaniyada sizə qəribə gələn şeylər?
- insanlar üzbəüz gələndə salamlaşmaq əvəzinə sağollaşır.
- İspaniyada olan Azərbaycanda olmayan nəyi buraya gətirmək istərdiz? (Bu bir adət - ənənə də ola bilər)
- Hər yerə daxil olanda salamlaşmağı, insanların gülümsər üzlərini və ən çox da məktəblərdə uşaqların azad olması.
- İspanların sizə ən qəribə gələn adət- ənənəsi?
- qeyri-adi heç nə görmədim, hamısı izaholunandır.
- Düzdür ki, ispanlar əylənməyi çox sevir və heç nəyi dərd etmirlər?
- düzdür
- İspanlar deyirlər yeni ildə gecə saat 12 olanda 12 üzüm yeyirik. Siz də bu adəti yerinə yetirirsiz?)
- bu il ilk dəfə etdim
- İspan dostlarınız var? Ümumiyyətlə gündəlik əlaqədə olduğunuz insanlar daha çox hansı ölkələrdəndir?
- burada çox dostum yoxdur, təkcə bir yaxşı qonşum var, o da portuqaldır
- İş tapmaqla bağlı çətinlikləriniz olubmu?
- axtarmamışam
- Hansı sektorda işləyirsiniz? Maaşınız İspaniyanın həyat səviyyəsi ilə uyğunlaşır?
- jurnalistəm. Məni qane edir.
- İspaniyada ev kiralamaq yoxsa almaq? Tək yoxsa mənzil bölüşərək yaşamaq daha avantajlıdır? -
- təbii ki daimi gəlirlə almaq həmişə yaxşıdır. Gənclər üçün isə bölüşmək.
- İspaniyada hansı məhsulların qiyməti sizə baha, hansıların daha ucuz gəlir?
- süd, balıq, yumurta, meyvə və tərəvəz digər Avropa ölkələrinə görə çox ucuzdur. Həmçinin benzin qiymətləri
- Bir insanın orta aylıq xərci nə qədərə çatır?
- 2000 avro ilə orta yaşamaq olar.
- Kommunal xərclər, internet və mobil danışıqlar üçün nə qədər xərcləyirsiniz?
- iki aydan bir ortalama 300 avro tələb olunur.
- Kafe və restoranlara insanlar nə sıxlıqla gedir?
- orda yaşayırlar. Hər gün gedən insanlar çoxdur.
- Deyirlər ispanlar çox və hündürdən danışırlar. Bu sizi sıxır?
- Bəzən səs başıma düşür.
- Çox pulunuz olsaydı Ispaniyada nəyin əsasını qoyardınız? Hansı bizneslə məşğul olardınız?
- Bu barədə düşünməmişəm. Çox pulum olanda düşünərəm).
- İspaniyada ən çox hansı sektorun işçiləri qazanır? –
- Əvvəllər turizm az qazanmırdı. Amma yəqin ki tekstil, qida sənayesi və ağır sənaye.
- İspanlıların xaricilərə olan münasibəti?
- İspanlar hamıya qarşı lyaldırlar. Onların şəxsi həyatına müdaxilə etməyən hər kəsə qarşı normal və isti münasibət bəsləyirlər.
- Qaldığınız şəhər nəyi ilə məşhurdur?
- Madrid paytaxtdır. Orda hər şeydən bir az var.
- İspaniyanın ən sevdiyiniz şəhəri? Və gəzməli görməli yerlər arasında haraları məsləhət görərdiniz?
- Ən çox Madridi sevirəm. Ondan sonra isə Bilbao və Vigo
- İldə neçə dəfə səyahət edirsiniz? Və haralara?
- Səyahət etməyi sevmirəm. Amma demək olar ki dünyanın yarısında olmuşam.
- Övladlarınızın dostlarına nəzarət edirsiniz? Övladlarınızın bir ispan yoxsa Azərbaycanlı kimi böyüməsini istərdiniz?
- dostlarını tanıyıram və nəzarət edirəm. Övladlarımın yaşadıqları yerin qanunlarına uyğun, amma milli kimliyini qoruyan biri olmalarını istəyirəm və elədirlər.
- Həyatını İspaniyada qurmaq istəyən gənclərə nə kimi tövsiyyələriniz var?
- Mütləq dili bilmək lazımdır. Qalan hər şey şansa və bacarığa bağlıdır.
Comments