top of page
Writer's pictureCentro de Español Bakú

İspaniyada təhsil?

İspaniya Erasmus mübadilə proqramı üzrə ən çox tələbə qəbul edən ölkə olması ilə yanaşı dünyanın ən reytinqli biznes məktəblərinə və universitetlərinə sahibdir. İspan dili dünyanın ən çox danışılan ikinci dili olduğu üçün tələbələrin xaricdə təhsil barədə planlarının ilkin hədəfi İspaniya olur. Təbii ki, başqa səbəblər arasında ispaniyanın Avropanın ən təhlükəsiz ikinci ölkəsi olması və qiymətlərinin digər Avropa ittifaqı ölkələrinə nəzərən uyğun olmasıdır.


İspaniyada 50 dövlət 32 özəl olmaqla 82 universitet var. Dövlət universitetlərinin ödənişi ortalama 900 avro, özəl universitetlərin ödənişi isə ortalama 6500 avrodur.

Tələbələr üçün iqtisadi baxımdan ən uyğun şəhərlər:


1) Teruel

Zaraqoza universitetinin Teruel şəhərindəki korpusu:



2) Palensiya

Palensiya şəhərində Valyadolid universitetinin korpusu.


Bundan əlavə qeyd etmək istərdim ki,

İspaniyanın ən qədim universitet binası 1212-ci ildə Palensiyada tikilib.




3) Kaseres

Extramadura Universitetinin Kaseres korpusu:


4) Zamora





5) Luqo

Santiago de Kompostela universitetinin Luqo korpusu:



6)Xaen

"Jaen" - Xaen universiteti.




7) Logronyo

"La Rioja" - Rioxa universiteti



Beləki, bu şəhərlərdə hətta illik 500 avrodan başlayaraq təhsil almaq mümkündür. Eyni zamanda qeyd olunan şəhərlərdə gecələmə üçün ev və yataqxanaların, həmçinin ərzaq məhsullarının qiyməti digər İspaniya şəhərləri ilə müqayisədə daha azdır.


Bundan əlavə təhsil səviyyəsinə görə İspaniyanın yaxşı inkişaf etmiş amma qiymətləri çox münasib hesab olunan universitetləri aşağıdakılardır.


1) "Sevilya Universiteti"

"Sevilla universiteti"ndə və həmçinin aşağıda qeyd olunan digər universitetlərdə illik ortalama 1000 avro ödəməklə təhsil almaq mümkündür. 500 illik tarixi olan "Sevilla Universiteti" İspaniyanln ən böyük 3- cü kitabxanasına sahibdir.


2)"Qranada Universiteti"




3)"Salamanka Universiteti"



4)"Zaraqoza Universiteti"



5) "Alkala Universiteti"



6)"Extramadura Universiteti"




Qeyd edək ki, İspaniyada tibb ixtisası üzrə təhsil almaq digər ixtisaslarla müqayisədə daha bahadır. Özəl universitetdə illik hətta 21.000 avroya çata bilər.

İspaniyada qeyd olunan şəhərlərdə tələbənin aylıq xərci qida, gecələmə və dərs materialları ilə birlikdə aylıq 500-700 avro olduğu halda Barselona, Madrid kimi əsas turistik və böyük şəhərlərdə bu çox qiymət qalxır.

Sizin üçün ən uyğun universiteti seçməniz ən başda sizin ixtisasınızla əlaqədar olacaq. Çünki, hər universitet hər hansı ixtisasın tədrisində daha peşəkardır. Bununla belə aşağıda sizin üçün yazdığımız İspaniya Universitetlərinin listində işarələn universitetlər dünyanın ən yaxşı 500 universiteti arasında yer alırlar.

İspaniya Latın Amerikası ölkələrinə və Avropa Birliyinə daxil olan ölkələrə təqaüdlü təhsil imkanı tanısa belə hal-hazırda İspaniya Asiya ölkələri üçün demək olar ki, heç bir təqaüdlü təhsil imkanı yaratmır. Azərbaycanda bəzi universitetlərin tələbələri Erasmus mübadilə proqramı vasitəsi ilə İspaniyada 1 və ya 2 smester boyunca təhsil ala bilirlər. Bundan əlavə bəzi dövlət universitetləri sadəcə illik ödənişdən azad, seçili ixtisaslarda təhsil üçün məktəbi bitirən azərbaycanlı şagirdlərin də qoşula bildikləri bəzi müsabiqələr təşkil edirlər. İspaniyada silahlı qüvvələrə qəbul və hazırlıq tamamilə ödənişsizdir.

646 views0 comments

Comentarios


bottom of page