-Ad, soyadınız və yaşınız? - Əhmədov Paşa, 28 yaşım var. - Neçə müddətdir İspaniyada yaşayırsınız? - 7 ildir artıq burada yaşayıram. - İspaniyaya getməyə necə qərara gəldiniz? - Ailə üzvlərindən burada yaşayan olduğu üçün mən də gəlməyə qərar verdim.
- Niyə məhz İspaniya?
-Yaxın insanların olduğuna görə - İlk vizanızı necə aldınız? - İlk vizami çətinliklə aldim heç bir problemim olmadığı halda imtina etdiler şikayət etdim 1 ay sonra zeng edib özləri dəvət etdi ve verdiler viza. - İlk 5 ayda nə kimi çətinliklərlə üzləşdiniz? -Dil bilmədiyim üçün çətinliklər oldu sonra yoluna düşdü hər şey. - Adaptasiya müddəti necə idi? Tez və ya gec? - Tez adaptasiya oldum çünki darıxmalı bir şey yaşamadım deyə ola bilər bəlkə)) - Köçdüyünüz şəhər gözləntilərinizi qarşıladımı? - Əlbəttə qarşıladı. Madriddən narazi qalmaq olmaz. - İspaniyanın 3 müsbət tərəfi? - Sakitlik, təmizlik,en azi fransaya gələn turistlər burada gəlir amma heç vaxt ora kimi zibillik olmur. - İspaniyanın 3 mənfi tərəfi? - Hər hansı bir iş üçün getməmişdən vaxt götürüb elə getmelisən, yoxsa saatlarca gözləməlisən. - İspaniyada yaşayarkən Azərbaycanda ən çox nə üçün darıxırsınız? - Darıxdığım ailəm və yeməklərimiz üçün olur )) - Azərbaycan yoxsa ispan mətbəxi? İspan mətbəxi haqqında fikirləriniz? Ən sevdiyiniz milli yeməkləri? - Əlbəttə ki, Azərbaycan mətbəxi. İspan mətbəxi bizim mətbəx kimi zəngin deyil. Yediyim isə "paella" və "estofado de ternera" - Gündəlik Azərbaycan yoxsa ispan milli yeməklərinə üstünlük verirsiniz? Hansı Azərbaycan yeməyini orada hazırlamaqda çətinlik çəkirsiniz? - Azərbaycan yeməklərinə . Yox çətinlik olmur. - Milli bayramlarımızı qeyd edirsiniz?( Novruz və s.) - En çox novruz bayramını qeyd edirik, tonqala gedirik. - Azərbaycan xəbərlərini izləyirsiniz? - Xeyr, izləmirəm, ancaq facebook vasitəsilə xəbardar oluram. - Nə vaxtsa təməlli olaraq Azərbaycana qayıtmağı düşünürsünüzmü? - Hələ o barədə düşünməmişəm)) - Azərbaycan və İspaniyanın bənzər xüsusiyyətləri? - Bənzər xüsusiyyətləri- bir yerdə yığışmaqları. - İspaniyada sizə qəribə gələn şeylər? - Metroda yaşlı insana yer verəndə sənə pis pis baxmadı )) - İspaniyada olan Azərbaycanda olmayan nəyi buraya gətirmək istərdiz? (Bu bir adət - ənənə də ola bilər) - Növbə mədəniyyəti - Düzdür ki, ispanlar əylənməyi çox sevir və heç nəyi dərd etmirlər? - Düzdür, heç nəyi dərd etməmələri xüsusi diqqətimi çəkir.
- İspanlar deyirlər yeni ildə gecə saat 12 olanda 12 üzüm yeyirik. Siz də bu adəti yerinə yetirirsiz?) - 7 ilin hamısında bunu etmişəm. - İspan dostlarınız var? Ümumiyyətlə gündəlik əlaqədə olduğunuz insanlar daha çox hansı ölkələrdəndir? - Aha var çoxdur. İş yerimizdə və ya həftə sonu axşamlar yığışırıq. - İş tapmaqla bağlı çətinlikləriniz olub mu? - Xeyr - Maaşınız İspaniyanın həyat səviyyəsi ilə uyğunlaşır? - Bəli uyğunlaşır, hələki bir problem yaşatmayıb. - İspaniyada ev kiralamaq yoxsa almaq? Tək yoxsa mənzil bölüşərək yaşamaq daha avantajlıdır? - İmkanin varsa əlbəttə almaq lazımdır .Mənim fikrimcə bölüşmək daha sərfəlidir, çünki kirayə mənzillər elə də ucuz deyil. - İspaniyada hansı məhsulların qiyməti sizə baha, hansıların daha ucuz gəlir? - Öz yetişdirdikləri məhsulların qiyməti biraz bahadır. - Bir insanın orta aylıq xərci nə qədərə çatır? - Ortalama 1000€ dan 2000€ kimi. - Kommunal xərclər, internet və mobil danışıqlar üçün nə qədər xərcləyirsiniz? - Çox vaxt 2 aydan bir gəlir, təxmini 250-400 arası. - Kafe və restoranlara insanlar nə sıxlıqla gedir? - Demək olar ki, hər gün gedirlər. - Deyirlər ispanlar çox və hündürdən danışırlar. Bu sizi sıxır? - Yeni-yeni buraya gələndə təsir edirdi, amma indi adiləşib mənim üçün. - İspanların xaricilərə olan münasibəti? - Çox yaxşıdır. Təbii ki, içlərində rasist də var. ) - Qaldığınız şəhər nəyi ilə məşhurdur? - Real madrid klubu ilə - İspaniyanın ən sevdiyiniz şəhəri? Və gəzməli görməli yerlər arasında haraları məsləhət görərdiniz? - En çox sevdiyim elə Madriddir. İspaniyanın hər yeri gəzməlidir, hər tərəfində bir gözəllik var. - İldə neçə dəfə səyahət edirsiniz? Və haralara? - İldə 2 dəfə olur, o zaman da vətənə gəlirəm, başqa yerlərə vaxt itirmək istəmirəm.
- Övladlarınızın bir ispan yoxsa Azərbaycanlı kimi böyüməsini istərdiniz?
- Qızım İspaniyada dünyaya gəlib, Azərbaycanlı kimi istəyirəm olsun, əlbəttə amma ispanların da yaxşı tərəflərini özünə çəksin.
- Həyatını İspaniyada qurmaq istəyən gənclərə nə kimi tövsiyyələriniz var?
- Ən əsası dili bilmək lazımdır, çünki hər şey elə bundan başlayır, sonrasi da özlərinə qalır.
Suallarımızı cavablandırdığı üçün İspan Dili Mərkəzi ailəsi adından Paşa bəyə təşəkkür edirik!
Comentarios