"Gazpaço"-nun hazırlanması
- Centro de Español Bakú
- Jun 25, 2020
- 1 min read
Updated: Aug 31, 2020

Gazpaço ən isti ayların ən böyük klassik dadıdır. Sərinləşdirici olduğu qədər də natural inqredientləri özündə birləşdirən sağlam bir içki bəzilərinə görə isə soyuq supdur. Hər kəs öz zövqünə uyğun dəyişiklik edə bilir amma biz sizə ənənəvi əndəluz qazpaçosunun reseptini yazacağıq.
Lazimi inqredientlər:

1 kiloqram yetişmiş pomidor
1 yaşıl bibər
Yarı soğan
Yarı xiyar
Yarı qırmızı bibər
2 xörək qaşığı sirkə
50 gr çörək dilimi
Soyuq su
2,3 xörəkqaşığı zeytun yağı
Duz
Hazırlanma qaydası:
Pomidorları və yaşılbibəri yaxşı yuyuruq
Pomidorların qabığını çıxarıb 4 hissəyə bölürük və blenderə əlavə edirik. Bibərin tumlarını çıxarandan sonra qalın hissələrə ayırır və onu da blenderə əlavə edirik.
Xiyarı soyub 4 hissəyə doğrayırıq
Sarımsaqı və soğanı soyur 4 hissəyə ayırırıq. Onları da digərlərinin üstünə əlavə edirik.

Və çörəyi də əlavə etdikdən sonra nəhayət hamısını birlikdə qarışdırırıq . Əgər çörək bərkdirsə suda biraz saxladıqdan sonra əlavə etmək daha məsləhətlidir. Yaxşıca qarışdırdıqdan sonra daha yumşaq (maye kimi) olmasını istəyiriksə süzgəcdən keçiririk. Daha duru olmağını istəyirsinizsə soyuq su daha qatı olmasını istəyirsinizsə çörək əlavə edə bilərsiz Servis etməzdən əvvəl Soyuducuda bir neçə saat qalmalıdır. Əgər vaxtınız yoxdursa dərin dondurucuya qoyabilərsiniz . Soyuducuda saxlasanız 3,4 gün ərzində qəbul edə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, blenderdə qarışdırdıqdan sonra üzərinə xırda doğranmış bibər və ya zövqünüzə görə başqa tərəvəz və ya ət əlavə edə bilərsiniz. Yaxşı və dadlı bir gazpaçonun sirri onun inqredientlərinin keyfiyyətindədir. Məsələn pomidorun yaxş yetişmiş qırmızı olduğuna fikir vermək lazımdır.
Comments